Kişilər evlənəcəkləri qadını tapana kimi nə qədər pul xərcləməli olurlar?
Bizi izləyin

Magazin2

Kişilər evlənəcəkləri qadını tapana kimi nə qədər pul xərcləməli olurlar?

İngiltərədə aparılan araşdırma göstərib ki, hər bir kişi evlənəcəyi qadını tapana kimi orta hesabla, 2-3 il vaxt və 30 min dollara yaxın pul xərcləməli olur.

Publika.az xəbər verir ki, kişilər doğru qadını tapana kimi təxminən bu mərhələlərdən keçirlər: 13 ilk görüş, 11 romantik axşam yeməyi və 7 qadınla sevgili olmaq.

Araşdırmanı aparan mütəxəssislər bildiriblər ki, ən çox pul ilk tanışlıq zamanı xərclənir. Flirt dövründə qadının diqqətini çəkib, ürəyini fəth etmək istəyən kişi onu bahalı restoranlara aparır, müxtəlif hədiyyələr alır. Flirt dövründə kişilər həmişəkindən daha baxımlı olurlar. Özünə yeni geyimlər, ətir və qulluq vasitələri almaq isə elə də ucuz başa gəlmir. Buna baxmayaraq, kişilər arasında aparılan sorğu onların bu pula itki kimi baxmadığını göstərir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm