İbrahim Tatlısəs 26 il sonra qızı ilə görüşdü - FOTO
Bizi izləyin

Magazin2

İbrahim Tatlısəs 26 il sonra qızı ilə görüşdü - FOTO

Tanınmış müğənni İbrahim Tatlısəs sosial şəbəkədə oğlu İdo Tatlısəs və qızı Dilan Çıtakla çəkdirdiyi şəkli paylaşıb.

Publika.az xəbər verir ki, Tatlısəs foto ilə birlikdə ürək sözlərini də qeyd edib: “4 gündür etmədiyiniz şərh, demədiyiniz söz qalmadı. Baxın, bu da mənim övladlarım. Mənim niyə bu vaxta qədər gözlədiyim sizə maraqlıdırsa, izah edə bilərəm. Hər şeyin öz vaxtı var, deməli, doğru zaman bu gündür”.

Məlumat üçün bildirək ki, tanınmış müğənni 26 ildir ki, Dilan Çıtakın qızı olduğunu inkar edirdi. İbrahim Tatlısəs Dilan Çıtakın onun qızı olduğunu qəbul etdiyini bir neçə gün əvvəl instaqramda bildirmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm