Beyons niyə qarpız şirəsi içir?
Bizi izləyin

Magazin2

Beyons niyə qarpız şirəsi içir?

Dünya ulduzu Beyons təbii qarpız şirəsi istehsal edən firma ilə ortaq olub.

Publika.az xəbər verir ki, Beyons markanın internet saytında yayımlanan açıqlamasında əməkdaşlığın səbəbini belə açıqlayıb:

“Qarpız şirəsinə investisiya qoydum. Çünki bunun gələcəyin ən təmiz və təbii içkisi olacağını düşünürəm. Qarpız şirəsi sizin yeni idman partnyorunuz olacaq”.

Mütəxəssislər isə qarpızın həqiqətən də idmandan sonra çox yararlı olduğunu bildirirlər. Çünki qarpız şirəsi bədənin idman zamanı itirdiyi bir çox mineralı orqanizmə geri qazandırır. Qarpız şirəsinin tərkibindəki “L‐Citrulline” adlı maddə əzələ ağrılarını azaldır. Bu şirə C və A vitamini ilə zəngindir. Bu xüsusiyyəti sayəsində hüceyrələri yeniləyir.

Qarpız şirəsi “likopen” adlı güclü antioksidant da ehtiva edir. 330 ml qarpız şirəsində sadəcə 90 kalori var.

Belə görünür ki, bu cür faydaları olan qarpız şirəsi Beyonsun da dəstəyi ilə yaxın zamanda sağlam qidalanma trendləri arasına daxil olacaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm