Məşhur aparıcı ölkəni tərk etdi
Bizi izləyin

Magazin2

Məşhur aparıcı ölkəni tərk etdi

Son dövrlər tənqid hədəfi olan aparıcı Bəyazit Öztürk Türkiyəni tərk edib.

Publika.az xəbər verir ki, aparıcı bundan sonra İspaniyanın Barselona şəhərində yaşayacaq. Ağır günlər keçirən Bəyaz ancaq “Beyaz Show”un çəkilişləri üçün Türkiyəyə gəlir. Yay tətilini də Barselonada keçirmək fikrində olan aparıcı yeni mövsümdə ekranlarda olub-olmayacağı barədə dəqiq qərar verməyib.

Bir müddət əvvəl “Beyaz Show”da canlı yayım zamanı Ayşə adlı müəllimə zəng edərək Türkiyənin cənub-şərqində baş verənlərə diqqət çəkmək istəmiş, onun bu hərəkəti PKK terror təşkilatının təbliğatı kimi qiymətləndirilmişdi.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm