52 yaşlı Conni Depp fransız gözəllə
Bizi izləyin

Magazin2

52 yaşlı Conni Depp fransız gözəllə

Hollivudun xarizmatik aktyorlarından olan Conni Depp yeni filmində fransız aktrisa Marion Kotiyyar ilə tərəf müqabili olacaq.

Publika.az xəbər verir ki, iki ulduzun rol aldığı film fransalı siyasətçi Dominik Stross-Kanın həyat hekayəsindən bəhs edəcək. “The Libertine” adlı filmin ssenarisini Ben Kopit yazıb. Filmin rejissorluğunu isə Brett Ratner edəcək.

Stross-Kan 2011-ci ildə Nyu-Yorkdakı otellərdən birində xadimə işləyən qadını zorladığı iddiası ilə saxlanıb. Qalmaqallı hadisədən sonra o, Beynəlxalq Valyuta Fondunun direktoru vəzifəsindən getməli və Fransada prezident seçkilərində iştirakdan imtina etməli olub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm