Tarkan toydan sonra bunu ilk dəfə etdi – FOTOLAR
Bizi izləyin

Magazin2

Tarkan toydan sonra bunu ilk dəfə etdi – FOTOLAR

Pınar Diləklə evlənən Tarkan ilk dəfə toyundan danışıb.

Publika.az xəbər verir ki, avtomobilindən enərkən paparatsilərə yaxalanan Meqastar “UçanKuş TV”-nin suallarını cavablandırıb. Jurnalistin “Tarkan evləndi, hər kəs şok oldu”, şərhinə müğənni belə cavab verib: “Niyə? Mənim evlənməyə, xoşbəxt olmağa haqqım yoxdur?”

Müğənni “İstanbulda da toy edəcəksinizmi?” sualını zarafatyana cavablandırıb: “Hər şəhərdə, hər ölkədə toy edək? Evləndik, bitdi”.

Meqastar bal ayına çox vaxt ayıra bilmədiklərini, yeni albom üzərində işləməyə başladığını deyib. Tarkan yeni albomdan ümidli olduğunu isə bu sözlərlə vurğulayıb: “Hər halda bütün mahnılar hit olacaq. Məndən əksini gözləyirsiniz?”

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm