Hollivudun daha bir gözəli təhlükə ilə üz-üzə
Bizi izləyin

Magazin2

Hollivudun daha bir gözəli təhlükə ilə üz-üzə

Hollivudun cazibədar aktrisalarından olan Demi Mur ötən gün “Vogue” jurnalının təşkil etdiyi tədbirə qatılıb.

Publika.az xəbər verir ki, 53 yaşında olmasına baxmayaraq, daim gənc və cazibədar görünən ulduz bu dəfə hər kəsi təəccübləndirib. Yarı transparan libas geyinən aktrisanın həddən artıq arıqladığı və yanaqlarının çökdüyü diqqətdən yayınmayıb. Aktrisanın bu halı təhlükəli dərəcədə arıq olan həmkarı Ancelina Coliylə müqayisə edilib. Demi Murun da Ancelina kimi anoreksiya təhlükəsi ilə üzləşə biləcəyi qeyd olunub.

Deyilənə görə, özündən yaşca gənc olan həyat yoldaşı Aşton Kutçerdən xəyanət üstündə ayrılan aktrisa depressiyadadır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm