Cazibədar aktrisa dul qadınlar haqda filmdə – VİDEO
Bizi izləyin

Magazin2

Cazibədar aktrisa dul qadınlar haqda filmdə – VİDEO

Baş rollarda Odri Totu, Melani Loran və Berenis Bejonun çəkildiyi “Əbədilik” dramının treyleri yayımlanıb.

Publika.az xəbər verir ki, yazıçı Alisa Ferneyin “Dul qadınların eleqantlığı” romanının motivləri əsasında çəkilən filmin rejissoru vyetnamlı Çan An Xunqdur.

Filmdə hadisələr burjua mənşəli 3 dul qadın və onların uşaqlarının ətrafında baş verir. Film həyat yoldaşlarını müharibədə itirən güclü qadınlar haqqındadır.

“Əbədilik” sentyabrın 7-də izləyicilərə təqdim ediləcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm