Türkiyədəki terror dünya ulduzlarını ayağa qaldırdı - QÜRURLANDIRAN FOTOLAR
Bizi izləyin

Magazin2

Türkiyədəki terror dünya ulduzlarını ayağa qaldırdı - QÜRURLANDIRAN FOTOLAR

Dünən İstanbulun Atatürk Hava Limanında baş verən terror hadisəsi dünya məşhurlarını ayağa qaldırıb.

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

Publika.az xəbər verir ki, kino, musiqi və moda sahəsinin məşhur simaları dünən gecədən bəri tvitter və instaqram səhifələrində Türkiyə bayrağının fotolarını paylaşıb, kədərlərini ifadə ediblər.

Məşhurların Türkiyəyə dəstək paylaşımlarını təqdim edirik:

Məşhur model Naomi Kempbel bu şəkli paylaşıb "Dualarım və sevgim İstanbul ilə birlikdə" mesajını yazıb.

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

Dünya şöhrətli fotoqraf Mərd Alaş instaqram səhifəsində bu şəkli paylaşıb və baş verənləri belə şərh edib: “Yenə terror! Daha nə qədər uşaq, ana, ata, qardaş öləcək? Nə qədər ağlayacağıq?”

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

Rusiyalı model İrina Şeyk də Türkiyəyə dəstək olub.

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

Oskar mükafatlı aktyor Jared Leto Türkiyə bayrağının şəklini paylaşaraq “Türkiyə, düşüncələrimiz və qəlbimiz sizinlədir!” mesajını qeyd edib.

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

Paris Hilton da Türkiyə bayrağını paylaşaraq, dəhşətli hadisədən zərər çəkən hər kəsə dualarını göndərdiyini bildirib. Hilton bu cür hərəkətləri “şüursuz şiddət” kimi səciyyələndirib və bu kimi hallara bir son vermək lazım olduğunu yazıb.

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

Məşhur müğənni Eros Ramazotti də Türkiyə Atatürk Hava Limanında törədilmiş terroru pisləyib.

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

Dünya şöhrətli müğənni Şera da Türkiyə hava limanındakı günahsız insanlar üçün dua etdiyini yazıb.

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

Rita Ora rəsmi tvitter hesabından baş verən hadisəyə çox təəssüfləndiyini qeyd edib: “Qəlbim bu an Türkiyəylə birlikdədir. Hər kəs üçün dua edəcəyəm. Nə dəhşətli bir dünyada yaşayırıq...”

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

Madonna da instaqramda Türkiyəyə dəstək olduğunu bildirib: “İstanbul üçün, Türkiyə üçün dua edin. Niyə başqasını sevmək bu qədər çətindir?”

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

“Apple”-in icraçı direktoru Tim Kuk rəsmi tvitter hesabında türk xalqına onun dilində dəstək olub: “Dualarımız türk xalqı üçün!”

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

Model Zara Holland da “Dualarım sizinlə” yazıb.

ÜNLÜLERİN DUALARI İSTANBUL İÇİN

Enrike İqlesias də baş verənlərə biganə qala bilməyib: “İstanbul, ürəyim sizinlədir! Bütün dualarım dünyada bu dəhşətli terrordan zərər çəkən hər kəs üçündür!”

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm