Türkan Şoray hansı azərbaycanlı məşhurdan 4 milyon istəyibmiş?
Bizi izləyin

Magazin2

Türkan Şoray hansı azərbaycanlı məşhurdan 4 milyon istəyibmiş?

Tanınmış kinorejissor Əbdül Mahmudbəyli Türkiyəninin sənət kraliçası Türkan Şorayla bağlı maraqlı fakt açıqlayıb.

Publika.az-a açıqlama verən rejissor türk aktrisasının vaxtilə Azərbaycanda filmə çəkilmək üçün 4 milyon qonorar istədiyini deyib:

“O vaxt Türkan Şorayın çox məşhur vaxtları idi, rəhmətlik Tofiq Tağızadə onu Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında ekranlaşdırdığı “O dünyadan salam” filminə dəvət etmişdi. Amma Türkan Şoray elə bir məbləğdə qonorar tələb etmişdi ki, həmin pul filmin bütöv büdcəsini təşkil edirdi. Onda da bir filmin büdcəsinə rüs puluyla 3-4 milyon manat vəsait ayrılırdı. Tofiq Tağızadənin arzusu buna görə ürəyində qaldı, aktrisanı Azərbaycana gətirə bilmədi”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm