• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

49 yaşlı rusiyalı milyarder evləndi - FOTOLAR

  • Magazin2
  • 11 İyul 2016 09:45
  • 1 876 Baxış
49 yaşlı rusiyalı milyarder evləndi - FOTOLAR

Rusiyalı iş adamı Leonid Kazineç dünən evlənib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “BARKLI” korporasiyasının sədri, 49 yaşlı milyarder Leonid Kazineç Moskvanın mədəni irs departamentinin işçisi Yuliya Xasiya ilə ailə qurub. Cütlüyün rəsmi nikahı ötən ayın sonunda baş tutub. Həftəsonu isə cütlük toylarını təmtəraqlı şəkildə qeyd etməyə qərara verib. Milyarderin toyunda 120 nəfərə yaxın qonaq iştirak edib.

Dünyanın ən zəngin kişiləri toylarına küllü miqdarda pul xərcləyib, təmtəraqlı toy keçirtsələr də, Leonid sadə toy təşkil edib. Rusiya KİV-inin məlumatına görə, biznesmenin toyuna təxminən 6 milyon rubl xərclənib və nisbətən sadə mərasimlə kifayətlənib. Toy mərasimi Moskvada şəhərətrafı elit yaxt-klubların birində baş tutub.

Qeyd edək ki, Leonid Kazineç “Forbes” jurnalının versiyasına görə, Leonid Rusiyanın ən varlı 500 insanı siyahısına daxildir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>