Qaçqınlar məşhur aktyorun villasına hücum etdi – FOTOLAR
Bizi izləyin

Magazin2

Qaçqınlar məşhur aktyorun villasına hücum etdi – FOTOLAR

İsveçrənin sərhədləri bağlamasından sonra yüzlərlə miqrant məcburiyyət qarşısında qalaraq, məşhur amerikalı aktyor Corc Kluninin İtaliyadakı dəbdəbəli villasının ətrafında düşərgə salıb.

Publika.az xarici mediaya istindən xəbər verir ki, miqrantların bu hərəkəti C.Klunini özündən çıxarıb. Hətta, aktyor bununla bağlı məhkəməyə müraciət etməyi düşünür.

Qeyd edək ki, dünyada bahalı kurort ərazisi hesab olunan və İtaliyanın İsveçrə ilə sərhədində yerləşən Como gölü indi Suriya və Şimali Afrikadan Avropaya axın edən minlərlə miqrantın toplandığı əraziyə çevrilib. Bu ərazidə Madonna, Donatelle Versace, Corc Kluni kimi dünyanın tanınmış insanlarına məxsus dəbdəbəli villalar yerləşir.

Bu ərazidə Corc Kluninin həyat yoldaşı, tanınmış vəkil Amal Kluni ilə birgə yaşadığı dəbdəbəli villası da var. Tanınmış aktyor C.Kluni 2015-ci ildə məhkəməyə müraciət edərək, həmin ərazidəki villasına kənar şəxslərin 100 metrədək yaxınlaşmasını qadağan edən qərar əldə edib.

Məhkəmənin çıxardığı qərara əsasən, Corc Kluninin 2002-ci ildə Como gölü ətrafında 7,5 milyon avroya aldığı dəbdəbəli villasının yaxınlığına avtomobil və ya qayıqla da yaxınlaşan hər bir şəxs 600 dollar cərimə ödəməli olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm