• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Azəri qızı Günel hönkür-hönkür AĞLADI: “Hələ də onu...”

  • Magazin2
  • 14 İyul 2016 11:45
  • 1 577 Baxış
Azəri qızı Günel hönkür-hönkür AĞLADI: “Hələ də onu...”

Biznes ledi olmağa qərar verən azərbaycanlı müğənni Günel Zeynalova (Azəri qızı Günel) hönkür-hönkür ağlayaraq şeir yazdığını deyib.

Publika.az xəbər verir ki, o, bu sözləri “Hürriyete” verdiyi müsahibəsində deyib. Müğənni şəxsi həyatı haqqında açıqlamalar verib: "Tək qaldığım hər an, yaxud ürəyim darıxanda, kədərlənəndə, sevinəndə, demək istədiklərim boğazımda düyünlənəndə əlimə qələm alıb mahnı sözləri yaza bilərəm. Bəzi zamanlar yanaqlarımdan yaş axaraq, hönkür-hönkür ağlayaraq şeir yazmışam. Yazdığın vərəqə göz yaşlarının damcılaması xüsusi ilə gözəldir... Hələ ki, o şeirlərə yazılmış mahnıları üzə çıxartmamamışam. Amma bir gün mütləq çıxacaq. Romantik qadınam, başqalarının halına kədərlənirəm, onları düşünüb özümə əzab verirəm, həm də çox sevirəm. Əslində, xüsusi olaraq biri üçün ağlamıram və yazmıram, sadəcə içimdə yığılıb qalanları vərəqə köçürürəm...”

İfaçı Azərbaycandakı zərgərlik biznesi haqqında məlumat verib: “Azərbaycanda qadınlar zinət əşyalarını çox sevir. Sosial şəbəkədə aksessuarlarımı haradan aldığım barədə çoxlu suallar verirdilər. Belə olduğu təqdirdə şəxsi zərgərlik biznesimi qurmağa qərar verdim. Özüm üçün fərqli bir üzük eskizi hazırlamışam. Mənim üçün önəmli olan o üzüyü barmağından ömür boyu çıxartmamaqdır. Bir dəfə evlənmək lazımdır, boşanmaq yoxdur! Əlbəttə kimsə evlənib boşanmaq üçün ailə qurmur".

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>