Qiyam zamanı məşhur müğənni iki tankı ƏLƏ KEÇİRDİ - VİDEO
Bizi izləyin

Magazin2

Qiyam zamanı məşhur müğənni iki tankı ƏLƏ KEÇİRDİ - VİDEO

Türkiyədə hərbi çevrilişə cəhd gecəsi dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvətilə küçəyə çıxanlar arasında məşhur müğənni Nihat Doğan da olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nihad Doğan çevriliş cəhdi baş verən gecə Mahmutbey küçələrində olub. O, hadisə yerində çəkdiyi videonu sosial şəbəkədə paylaşıb və “Qiyamçı alçaqlara qarşı hər kəsi küçəyə çıxsın! Bu xainlərə qarşı bütün xalqımı küçələrə dəvət edirəm. Demokratiyaya sahib çıxın" qeydini yazıb.

Mahmutbey küçəsində 2 tankı girov aldıqlarını bildirən Doğan "Dünən küçələrə tankların qabağına çıxın çağırışıma “Özün çıx” deyən alçaqlara demək istəyirəm ki, biz onsuz da küçədə tankların üstündə idik", - deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm