İdeal formanı necə saxladı FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin2

İdeal formanı necə saxladı FOTOLAR/VİDEO

Deyirlər ki, model olmaq asandır. Anadan gözəl doğulan qadınlar heç bir xüsusi səy göstərmədən məşhurlaşır. Əslində isə model olmaq ağır zəhmətdir. Gözəl qadınlar hər zaman formada olmaq üçün ağır pəhrizlər saxlayıb günlərlə məşq edir.

Məsələn, 23 yaşlı Katarina Konounun ideal bədəni var. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, 2012-ci ildə İsveçdə gözəllik müsabiqəsinin qalibi olub. Katarina 18 yaşında Nyu-Yorka köçdükdən sonra model agentliklərinin biri ilə müqavilə imzalayıb. İndi qız Mayamidə yaşayır. O, model biznesində işləyir və fitness dərsləri verir.

Qızın sözlərinə görə, ömrü boyu idmanla məşğul olub. 15 yaşında isə o, atçılıq idman növü ilə maraqlanıb. Qız həmçinin ağır atletika ilə də məşğul olur. O, 103 kiloqram ağırlıq qaldıra bilir.

Katarina "instaqram"da da inanılmaz dərəcədə populyardır. Xanımlar onun kimi bədənə sahib olmaq üçün gözəl idmançının məsləhətlərinə əməl edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm