• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

“Mars”ın 84 yaşlı sahibi vəfat etdi

  • Magazin2
  • 28 İyul 2016 10:15
  • 894 Baxış
“Mars”ın 84 yaşlı sahibi vəfat etdi

“Mars” şirkətinin ortaqlarından biri Forrest Edvard Mars dünən 84 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Forrest Edvard Mars “Mars” şirkətinin banisinin nəvəsidir. O, təxminən 30 il ərzində öz bacısı Jaklin və qardaşı Con Marsami ilə birlikdə şirkəti idarə edib.

Mars 1931-ci il avqustun 16-da anadan olub. O, karyerasına 1955-ci ildə mühasib kimi başlayıb. Bir il sonra “Price Waterhouse” şirkətində auditor vəzifəsində çalışıb. Sonra o, “Mars” şirkətində işə başlayıb və şirkətə azı 100 milyon gəlir gətirib. O, burada iki il maliyyə və inzibati işlərinə rəhbərlik edib, daha sonra Niderlandda inşa edilmiş yeni qənnadı fabrikinin baş direktoru təyin olunub.

O, 1966-ci ildə Parisə köçüb “Mars France” şirkətinin idarəedici direktoru olub, 1970-ci ildə isə Virciniya ştatına köçüb “Mars”-ın vitse-prezidenti statusuna təyin olunub. 1975-ci ildə isə o, qardaşı Con ilə birlikdə şirkətin prezidenti təyin olunub.

Forrest 1999-ci ildə təqaüdə çıxıb, lakin “Mars” rəhbərliyinə kömək etməyə davam edirdi. 2006-ci ilə qədər o, şirkətin direktorlar şurasının üzvü olub.

“Bloomberg Billionaires Index”-ə əsasən Mars Forestanən sərvəti 31,5 milyard dollar təşkil edir və o, ən varlı adamların siyahısında 21-ci olub.

İyun ayında Amerikanın “Forbes” jurnalı ABŞ-ın ən varlı ailə klanlarının reytinqini dərc edib. Bu reytinqə ailə üçlüyü: Jaklin, Con və Forrest Mars liderlik edib. Jurnalın yazdığına görə, onların ümumi sərvəti 78 milyard dollardır (2015-ci ildə 80 milyard $).

Onu da qeyd edək ki, “Mars” “M&M's”, “Snickers”, “Dove”, “Orbit”, “Pedigree” ticarət markalarının sahibidir.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>