Sevimli serialın sonu-VİDEO
Bizi izləyin

Magazin2

Sevimli serialın sonu-VİDEO

Publika.az xəbər verir ki, bütün dünyada maraqla izlənən “Taxt oyunları” serialı 2018-ci ildə bitəcək.

Serialın istehsalçı şirkəti HBO indiyədək hər mövsümdə 10 bölümdə təqdim olunan “Taxt oyunları”ının 2017 ci ildə 7 bölümü olacağını deyib. Çox izlənən serialın 8-ci mövsümündə ekranlardan gedəcəyi bildirilir.

Finalda (2018-ci ildə) isə neçə bölüm olacağı barədə heç bir məlumat yoxdur. Serialın proqramlaşdırma direktoru Casey Bloys, Corc R. R. Martinin “Buz və atəşin melodiyası” kitabı əsasında çəkilən hay-küylü “Taxt oyunları”nın finalında 10-12 bölüm olacağını deyib. İzlənməsinə görə birincilik yerini heç kimə verməyən serial liderliyini qeyri-leqal yayımda da qoruyub, saxlayır. ABŞ –ın məşhur televiziya mükafatı olan “Emmi”nin 2015-ci ildə əksər nominasiyalarını qazanan serial bu ilin sentyabrı üçün həmin mükafatın 23 nominasiyası üzrə namizəd göstərilib.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm