Ərindən ayrıldı, milyarderlə sevgili oldu - FOTO
Bizi izləyin

Magazin2

Ərindən ayrıldı, milyarderlə sevgili oldu - FOTO

Conni Deppin keçmiş həyat yoldaşı Ember Herdın məşhur milyarder Elon Maskla sevgili olduğu deyilir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “The Daily Mail” nəşri onları eyni məkandan çıxarkən görüntüləyib. Belə ki, 30 yaşlı aktrisa dünən London klublarının birində “Tesla” şirkətinin təsisçisi 45 yaşlı Elon Maskla birlikdə olub. Klubda onlarla birlikdə Kara Delevin, Carerd Leto da olub. Ulduzlar milyarderlə birlikdə “Suicide Squad” filminin premyerasını qeyd etdib. Xarici KİV-in məlumatına əsasən onlar son vaxtlar tez-tez görüşür. Aktrisa ilə milyarder tez-tez birlikdə şam edir, hətta ofisində görüşürlər.

Məlumat üçün bildirək ki, Ember Herdlə Conni Deppin boşanma prosesi hələ də davam edir. Həmçinin 12 milyard sərvəti olan Elon da arvadından boşanmaq üzrədir. Lakin Elon Maskın həyat yoldaşı Talula Rayli ərindən boşanmaq niyyətində deyil. Bu günlərdə o, müsahibə verib və deyib ki, əri ilə barışmaq istəyir və öz nikahı uğrunda mübarizə aparmağa hazırdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm