46 yaşlı qadın nəvəsini özü doğdu - FOTOLAR
Bizi izləyin

Magazin2

46 yaşlı qadın nəvəsini özü doğdu - FOTOLAR

46 yaşlı Tereza Hohenhaus adlı qadın qızının körpəsini dünyaya gətirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı Alisiya Hohenhausa 4 yaşında leykoz (qan xərçəngi) diaqnozu qoyulub. Alisiyanin xəstəliyi müəyyən müddət sağalsa da, 9 yaşında onun vəziyyəti yenidən pisləşib. Uzun şüa müalicələrindən sonra həkimlər ona uşaq sahibi ola bilməyəcəyini deyib. Buna baxmayaraq, Alisiya 23 yaşında hamilə qalıb, ancaq körpəsi 15 həftəyə qədər yaşayıb. Həkimlər ona körpənin uşaqlıqda çox qala bilməyəcəyini deyib. Çıxış yolu kimi onlar qadına daşıyıcı ana tapmağı təklif edib. Bu zaman Alisiyanın 46 yaşlı anası surroqat ana olmağa razı olub.

46 yaşlı qadın qızının belə bir təklifi qəbul etməyəcəyini və hamilə qalmaq üçün yaşlı olduğunu düşünüb. Lakin sonda qızının razılığı ilə onun xoşbəxtliyi naminə bu addımı atıb. Nənə Tereza verdiyi müsahibədə qızını xoşbəxt görməkdən məmnun olduğunu deyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm