Soyunan məşhur aktyorun başına elə bir iş gəldi ki... - FOTOLAR
Bizi izləyin

Magazin2

Soyunan məşhur aktyorun başına elə bir iş gəldi ki... - FOTOLAR

Dünya şöhrətli aktyor Orlando Blumun çılpaq pozaları bütün dünya mətbuatına bomba kimi düşmüşdü.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun keçmiş həyat yoldaşı Miranda Kerr bu fotolar haqqında açıqlama verib. Miranda Kerr ölkəsində qatıldığı radio proqramında Orlando Blumun Sardiniya adasında çəkilən fotoları haqqındakı sualları cavablandırıb.

"Fotolar saytlarda çıxmazdan əvvəl Orlando mənə zəng edib vəziyyəti danışdı və çox utandığını dedi. Ona “Ağlın harada idi” deyə soruşdum. Orlandoya utanma, ən qısa zamanda sənə çimərlik geyimi göndərəcəyəm, dedim", - deyə 33 yaşlı məşhur model söyləyib.

Qeyd edək ki, Miranda Kerr ilə Orlando Blum 2010-ci ildə evlənib, 2011-ci ildə cütlüyün Flinn adlı oğlu olub. Onlar 2013-ci ildə boşanıb.

Xatırladaq ki, avqustun əvvələrində Orlando Blum sevgilisi və müğənni Keti Perri ilə birlikdə dənizdə sörfinq öyrənməyə cəhd edib. Lakin aktyor dənizdə girməzdən əvvəl əynindəki şortunu çıxarıb. Paparatsilər fürsətdən istifadə edərək onun çılpaq fotolarını çəkib.

Tabloid bölməsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm