Kişiləri VALEH EDƏN gözəllər bir arada - FOTOLAR
Bizi izləyin

Magazin2

Kişiləri VALEH EDƏN gözəllər bir arada - FOTOLAR

Venesiyada 73-cü beynəlxalq kino festivalı start götürüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 73-ci Beynəlxalq Venesiya Kino Festivalının açılışına Bianka Balti, Barbara Palvin, Emma Sotun kimi bir çox məşhurlar qatılıb.

Gecənin əsas qəhrəmanları Emma Stoun və Rayan Qoslinqin çəkildiyi “La la lend” filmi olub. Film kasıb, amma istedadlı caz pianoçusu və aktrisa olmağı arzu edən ofisiant qızın həyatından bəhs edir. Filmin rejissoru isə Demen Şazelldir. Çoxlu mahnı və rəqslərin yer aldığı film festivalın əsas qaliblərdən biri olmağa namizəddir.

Festival çərçivəsində Emira Kusturiça, Andrey Konçalovski, Vima Venderasa, Terransa Malika kimi kino veteranları və digər rejissorlar, eləcə də lap gənc müəlliflərin filmləri nümayiş olunacaq.

Qeyd edək ki, 73-cü Venesiya Film Festivalı 10 gün davam edəcək. Bu müddət ərzində münsiflər heyəti və qonaqlar iyirmi filmə baxacaq. Qaliblər 10 sentyabrda elan olunacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm