Məşhur aktyor həyat yoldaşı ilə birgə avtomobil qəzasına düşdü - FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur aktyor həyat yoldaşı ilə birgə avtomobil qəzasına düşdü - FOTOLAR

Məşhur aktyor Kıvanç Tatlıtuğ xanımı Başak Dizerlə birlikdə Etilərdə yol qəzası keçirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Etilərdə sahilə enən dik yoxuşda arxadan gələn maşın cütlüyün son model avtomobilinə çırpılıb.

Kıvanç Tatlıtuğ və Başak Dizer qəzada heç bir xəsarət almayıb. Amma cütlüyün bahalı avtomibilə çırpılan maşının sahibinə böyük maddi ziyan dəyib. Sürücü, əyləcin yaxşı işləmədiyini və qarşıdakı maşın birdən dayandığı üçün ona çırpıldığını söyləyib.

Baş verənlərdən narahat olan Tatlıtuğ müxbirlərə giley-güzar edib: "Xəbəri haradan eşidib gəldiniz?”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm