Ancelina Coli yenə fərqləndi - FOTOLAR
Bizi izləyin

Magazin2

Ancelina Coli yenə fərqləndi - FOTOLAR

Ancelina Colinin uşaqları sevdiyi yəqin ki, hamıya məlumdur. Aktrisa hətta tanımadığı uşaqlara da yardım edir. Belə ki, o, növbəti dəfə daha bir nümunəvi addım atıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu günlərdə kino ulduzu yoldan keçərkən əkiz oğlanların 2 metrlik yumşaq oyuncaq satdığını görüb və çox təsirlənib.

8 yaşlı əkizlər - Allen və Brenden öz evinin yaxınlığında yolun kənarında böyük ölçülü ayı satıb. Əkiz qardaşlar oyuncağı 50 dollara satışa qoysa da, heç kim yaxın durmayıb. Ancaq möcüzə baş verib və ayını onların heç gözləmədiyi adam alıb. Ayını almağa qərar verən aktrisa hər uşağa 50 dollar verib. Öz halal zəhməti ilə pul qazanmağa çalışan əkizləri aktrisa tərifləyib və bir neçə xoş söz deyib. Sonra isə uşaqlarla şəkil çəkdirib, ayını yük maşınına qoyub və gedib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm