• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

Yəhudi milyarderin qızının möhtəşəm toyundan FOTOLAR

  • Magazin2
  • 2 Sentyabr 2016 11:15
  • 2 554 Baxış
Yəhudi milyarderin qızının möhtəşəm toyundan  FOTOLAR

"Vakko" holdinqinin idarə heyətinin sədri Cem Hakko ilə Bettina Maçlerin qızı Pia Hakko, Delya və Selim Yaşıl cütlüyünün oğlu Kərim Yaşıl ilə Beşiktaşdakı “Four Seasons” hotelində təmtəraqlı şəkildə evlənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pia Hakko və Kərim Yaşılın dini və rəsmi nikah mərasimi dünən baş tutub. Mərasimdə biznes, incəsənət, idman və moda dünyasının tanınmış simaları iştirak edib.

Boşandıqdan sonra iş həyatlarında bir-birinə rəqib olan Cem Hakko ilə Bettina Maçler qızlarını özəl günündə tək qoymayıb. Toyun təşkilini Hakkonun şirkəti “Vakko Espas by Sky" və Maçlerin ortağı olduğu “BC Atelier” birlikdə təşkil edib.

“Vakko” moda evinin sahibi qızı üçün xüsusi gəlinlik sifariş verib. Belə ki, gəlinliyi “Vakko Wedding”in satışını həyata keçirdiyi gəlinlik markası “Pronovias”-ın sahibi Alberto Palatçini dizayn edib. Kərim Yaşıl da bəylik smokinqini “Vakko” moda evindən sifariş verib. Mərasimdə cütlüyün nikah şahidliyini Katia Hakko, Pelin Yaşar, Musa Yaşıl və Albert Özmizrahi edib.

Pia Hakko və Kərim Yaşıl bal ayını Yunanıstanın Mikonos adasında keçirəcək.

Onu da qeyd edək ki, London Rabitə kollecini bitirən Pia Hakko dünya ulduzlarının da üstünlük verdiyi "Pop.See.Cul” adlı moda markasının ortaqlarından biridir. Kərim Yaşıl isə Yeditepe Universitetinin məzunudur və Amerikadakı “Delta Brandste” ailə şirkətlərinin rəhbəridir. Bu şirkət Türkiyədə istehsal etdikləri kosmetik məhsulları başda ABŞ olmaqla, dünyanın müxtəlif ölkələrinə ixrac edir.

Məlumat üçün bildirək ki, "Vakko" Türkiyənin tekstil şirkətinin aparıcı moda evlərindən biridir. Şirkət əsasən xüsusi toxuculuq geyimlərinin, dəri məmulatlarının və aksesuarların istehsalı ilə məşğul olur. Brendin yaradıcsı yəhudi əsilli türk iş adamı və modelyer Vitali Hakko (1913, İstanbul – ö. 10 dekabr 2007, İstanbul) olub. Vitali Hakko ölümündən əvvəl mağazaların rəhbərliyini digər ailə üzvlərinə – xüsusilə oğlu Cem Hakkoya həvalə edib.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR