Menyusundan bir qidanı çıxartmaqla 31 kq arıqladı – FOTOLAR
Bizi izləyin

Magazin2

Menyusundan bir qidanı çıxartmaqla 31 kq arıqladı – FOTOLAR

27 yaşlı Kristi Sadler menyusundan şirniyyatı çıxartmaqla 31 kq arıqlaya bilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gənc qadın oğlu anadan olduqdan sonra özünə nəzarəti itirib. Lakin sağlam qidalanma haqqında məlumatlanıb və arıqlamağa qərar verib. 31 kq arıqlayan Kristi əvvəllər çoxlu şirniyyat yediyini, susayanda su içmək əvəzinə portağal suyu içdiyini bildirib. İndi isə biskvit və portağal suyundan imtina edərək, onları faydalı, yüksək zülallı və şəkərsiz qidalarla əvəz edib. Qadın şirniyyatdan imtina etməklə 85 kq çəkidən 54 kq-a düşüb. Kristi onu da iddia edir ki, şəkərdən imtina ona depressiyaya qalib gəlməsinə də kömək edib.

Gənc qadın həyatındakı böyük dəyişikliyi belə izah edib: "Ən böyük problemim şəkərdir. Şəkərli qəhvə olmadan günə başlaya bilmirdim, bütün gün şokolad yeyirdim. Köhnə vərdişlərimi düşünəndə həqiqətən ürəyim bulanır. Hazırda həyatıma, özümə, mədəmə nəzarət edə bilirəm. Daha sağlam və xoşbəxtəm. Övladımla doyunca oynamaq üçün tükənməyən enerjim var".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm