Sevgilisini dünyanın ən qeyri-adi modelinə dəyişdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Sevgilisini dünyanın ən qeyri-adi modelinə dəyişdi - FOTOLAR

Avtoyürüşçü Lyuis Hemilton dünyanın ən qeyri-adi modeli ilə görünür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Vitiliqo" xəstəliyindən əziyyət çəkən 22 yaşlı Vinni Harlou son zamanların ən məşhur modellərindən biridir.

Model qeyri-adi xəstəliyinə baxmayaraq, onu qazanc mənbəyinə çevirə bilib. Tanınmış moda evləri ilə əməkdaşlıq edən 22 yaşlı Vinni "America's Next Top Model" yarışmasına qatıldıqdan sonra tanınmağa başlayıb. Modelin dərisinin yarısının tünd, yarısının açıq rəngdə olması bir çox dizaynerlərin diqqətini çəkib. Məşhur moda evləri ilə əməkdaşlıq edən ulduz dünya ulduzlarının da kliplərində çəkilir.

Bu yaxınlarda isə məlum olub ki, model “Formula 1”-in üçqat dünya çempionu, 31 yaşlı avtoyürüşçü Lyuis Hemilton ilə görüşür. Cütlüyün sevgili olması “GQ” jurnalının təşkilatçılığı ilə keçirilən “İlin kişiləri” mükafatının verilməsi mərasimində məlum olub. Cütlük diqqəti cəlb etməmək üçün fotoqraflara birlikdə poza verməsə də, səmimi münasibətləri diqqətdən qaçmayıb.

Xatırladaq ki, Lyuis Hemilton uzun müddət məşhur müğənni Nikol Şerzingerlə sevgili olub. Cütlük toy ərəfəsində ayrılmışdı.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm