Ancelina Coli BMT-ni tənqid etdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Ancelina Coli BMT-ni tənqid etdi - FOTOLAR

Karyerasında bir qədər fasilə verən Ancelina Coli özünü dövrünün bütün bəşəri problemlərə həsr etməyə qərar verib. Belə ki, aktrisa bu gün Azrak şəhərində suriyalı qaçqınlar düşərgəsini ziyarət edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Londonda Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı zirvə sammitində çıxışından sonra Coli İordaniyanın Azrak şəhərinə yollanıb və orada suriyalı qaçqın düşərgəsini ziyarət edib.

2001-ci ildə BMT-nin qaçqınlarla iş üzrə Ali Komissarı İdarəsinin xoşməramlı səfiri olan Hollivud ulduzu bu gün qaçqın düşərgəsində məruzə ilə çıxış edib. O, beynəlxalq birliyi uzanmış hərbi münaqişəyə son qoymağa və Suriya qaçqınlarına dəstəyi artırmağa çağırıb. Beynəlxalq cəmiyyəti Suriyada hərbi münaqişənin ləngiyən həllini tezləşdirməyə səsləyən aktrisa "Bizim məqsədimiz heç zaman bu qədər bir-birindən uzaq düşməmişdi" – deyə bildirib.

Ancelina BMT-ni tənqid edərək humanitar təşkilatların maliyyə çatışmazlığını, Təhlükəsizlik Şurasının isə vahid qərara gələ bilməməsini pisləyib. 41 yaşlı ulduz zorakılığın səngimək bilmədiyini və Suriya qaçqınlarının lazımi dəstəyi ala bilməmələrini xüsusi vurğulayıb.

BMT-nin xoşməramlı səfiri olan aktrisa suriyalı uşaqlarla söhbət edərək onlarla foto çəkdirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm