Hadisə geyimi ilə nəfəs kəsdi – FOTOLAR
Bizi izləyin

Magazin2

Hadisə geyimi ilə nəfəs kəsdi – FOTOLAR

Türkiyənin məşhur müğənniləri Qurban bayramını işləyərək keçirib.

Publika.az “Hürriyet”-ə istinadən xəbər verir ki, türkiyəli ulduzlar Bodrum, Antalya, Kəmər, Kipr kimi kurort şəhərlərində konsert proqramları ilə çıxış edib. Bayramda Kiprdə konsert verən Hadisə dekolteli səhnə geyimi ilə nəfəs kəsib.

Məşhur müğənni Gülbən Ergən isə konsert üçün qırmızı rəngli qısa don seçib.

Nur Yerlitaşın dizayn etdiyi kostyumla sevənlərin qarşısına çıxan Pekkan "Nurla çox yaxşı işləyirik, onu heç vaxt tərk etmərəm", - deyib.

Bayramda müğənni Bengü də boş durmayıb. Səhnəyə çıxmazdan əvvəl sualları cavablandıran müğənni özünə güvəndiyini bildirərək "Çimərlikdə bikini ilə görünməkdən qorxmuram”, - deyə bildirib.

Hande Yenər isə Bodrumda konsert verib. Məşhur müğənni konsert üçün krujeva libas seçib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm