Tarık Akanın sovetlər ittifaqında məlum olmayan FOTOSU
Bizi izləyin

Magazin2

Tarık Akanın sovetlər ittifaqında məlum olmayan FOTOSU

Dünən vəfat edən məşhur aktyor - Tarık Akanın 1976-ci ildə Sovetlər İttifaqı dövründə çəkilmiş fotosu sosial şəbəkədə marağa səbəb olub.

Publika.az xəbər verir ki, foto Özbəkistan Sovet Sosialist Respublikasının paytaxtı Daşkənddə keçirilən Beynəlxalq Film Festivalında çəkilib. Türkiyəli aktyor fotoda Azərbaycanın məşhur kino artistləri Həsən Məmmədov və Rasim Balayevlə birlikdə söhbət edir. Onu da qeyd edək ki, türkiyəli sənətkarın çəkildiyi "Bizim ailə" filmi 1976-cı ildə da Daşkənd Kinofestivalında xüsusi mükafata layiq görülüb.

Xatırladaq ki, türk kinosunun məşhur siması Tarık Akan dünən uzun müddət davam ağciyər xərçəngindən dünyasını dəyişib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm