“Apokalipsis” filminin rejissorundan XOŞ XƏBƏR - FOTOLAR
Bizi izləyin

Magazin2

“Apokalipsis” filminin rejissorundan XOŞ XƏBƏR - FOTOLAR

Avstraliyanın və Amerikanın məşhur aktyoru, kinorejissoru, ssenarist və prodüseri Mel Qibson (Mel Kolm-Kille Cerard Qibson) növbəti dəfə ata olmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “People” xəbər yayıb. Məlumata görə, aktyorun 26 yaşlı həyat yoldaşı Rozalind Ross hamilə olduğunu bildirib. Bu, Rossun ilk, Qibsonun isə 9-cu övladı olacaq. Belə ki, Qibsonun əvvəlki iki həyat yoldaşından 8 övladı dünyaya gəlib.

Aktyor-rejissorun 9-cu övladının gələn il dünyaya gələcəyi bildirilir.

Qeyd edək ki, Mel Qibson həm aktyorluq, həm də rejissorluq baxımından kinoda öz sözünü demiş sənətkarlardandır. O, 2Cəsur ürək” filminə görə iki dəfə “Oskar” və Qızıl Qlobus” mükafatları laureatı olub. Mel Qibsonun dünya şöhrətli “Apokalipsis” filmi isə onun rejissorluq qüdrətini bir daha nümayiş etdirib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm