Əl öpdürüb, pul payladı - FOTO
Bizi izləyin

Magazin2

Əl öpdürüb, pul payladı - FOTO

"Kərtənkələ" serialının çəkiliş meydançasında Qurban bayramı ilə əlaqədar bayramlaşma keçirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bayramı 10 gün qeyd edən Türkiyədə həyata keçirilən adət-ənənəyə, serialda rol alan aktyorlar da əməl ediblər.

Aktyorlar serialın ən yaşlısı Selahattin Taşdöğeni təbrik ediblər və əlini öpüblər. O da öz növbəsində əlini öpən hər kəsə - böyüklərə 200 lirə (təxminən 100 manat), kçiklərə də 100 lirə pul verib. Aktyorun ümumilikdə 4000 lirə xərclədiyi bildirilir.

Qeyd edək ki, "Kərtənkələ"nin sentyabrın sonunda yeni mövsümə başlayacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm