33 yaşlı model 26 yaşlı milyarderə ərə getdi - FOTOLAR
Bizi izləyin

Magazin2

33 yaşlı model 26 yaşlı milyarderə ərə getdi - FOTOLAR

Məşhur model Miranda Kerr “Snapchat”-ın yaradıcısı Evon Şpiegel ilə rəsmi nikaha girib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir ki, sevgili olan və bu yaxınlarda nişanlanan cütlük münasibətlətini artıq qanuniləşdirib. Bu şad xəbər barədə 33 yaşlı model öz instaqram səhifəsində məlumat verib, həmçinin həyat yoldaşı ilə ağ-qara foto paylaşıb. Təəssüf ki, avstraliyalı gözəl toy mərasiminin təfərrüatları barədə susmağı üstün tutub.

Эван Шпигель и Миранда Керр

Xatırladaq ki, Miranda ilə Evon 2015-ci ilin yayında Nyu-Yorkda “Louis Vuitton” moda evinin təşkil etdiyi şam yeməyində tanış olub. Yeri gəlmişkən, Miranda məşhur aktyor Orlanda Blum ilə evli olub. Cütlüyün bu nikahdan 5 yaşlı oğlu dünyaya gəlib. “Snapchat”-ın təsisçilərindən biri və “Forbes” versiyasına görə, dünyanın gənc milyarderi olan 26 yaşlı Evon Şpiegel isə heç vaxt evli olmayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm