Bred Pitt boşanması haqqında danışdı - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Magazin2

Bred Pitt boşanması haqqında danışdı - FOTOLAR (YENİLƏNİB)

Bred Pitt sükutu pozub və boşanması ilə bağlı rəsmi açıqlama verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor hər kəsdən bu həssas məqamda onu narahat etməmələrini xahiş edib: “Mən baş verənlərdən çox kədərliyəm, amma indi ən vacibi uşaqlarımızın rifahıdır. Mən bütün jurnalistlərdən belə bir vaxtda bizi və uşaqlarımızı rahat buraxmağı xahiş edirəm,

Bred Pitin rəsmi açıqlaması “People” saytında dərc olunub.

Xatırladaq ki, ulduz cütlüyün boşanma xəbəri dünən bütün xarici KİV-lərdə yayıldı və dünyada bir nömrəli xəbər olub.

***

Ancelina Coli ilə Bred Pittin boşandığı rəsmən təsdiqlənib.

Publika.az xəbər verir ki, məlumatı aktrisanın vəkili Robert Offer təsdiqləyib. Onun sözlərinə görə, cütlük bu qərarı ailənin rifahı üçün verib: "Mənim müştərim vəziyyəti şərh etməyəcək və bu çətin dövrdə hər kəsdən onun bu qərarına hörmətlə yanaşmasını xahiş edir".

Xatırladaq ki, 10 ildir evli olan ulduzlar rəsmi nikaha 2 il əvvəl girib.

***

Bu yaxınlarda evliliyinin ikinci ildönümünü qeyd edən Ancelina Coli və Bred Pitt cütlüyü boşanma ərəfəsindədir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivudun ən gözəl cütlüyü - Bred Pitt və Ancelina Colinin boşanma prosesi artıq başlayıb.

Mənbənin məlumatına görə, cütlüyün boşanma səbəbi kimi Bred Pittin Marian Kotiyyarla eyni filmdə çəkilməsi və aktrisanın ərini qısqanması göstərilib. Bundan başqa, aktyoru bütün gecə şərab içib, siqaret çəkən həyat yoldaşının davranışı bezdirib. Bred Pitt bütün gün heç nə yeməyən Ancelina ilə münasibətlərini düzəltmək cəhdlərindən yorulub.

Xatırladaq ki, cütlüyün 7 uşağı var. Onlardan 3-ü Ancelina ilə Bredin doğma övladı, 4-ü isə övladlığa götürdükləri uşaqlardır.

Məlumat üçün bildirək ki, ulduzların bundan əvvəl də boşanmaları ilə bağlı xəbərlər çıxıb. Lakin cütlük bu xəbərləri təkzib etmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm