Nəsrin Cavadzadə evlənir - FOTO
Bizi izləyin

Magazin2

Nəsrin Cavadzadə evlənir - FOTO

Türkiyədə yaşayan və orada fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadə toya hazırlaşır.

Publika.az xəbər verir ki, sosial şəbəkədə tez-tez seksual fotolarını paylaşan aktrisa bu dəfə özünə evlənmə təklifi edib. Belə ki, N.Cavadzadə instaqram hesabında Londonda bir qızın özünə evlənmə təklifi etməsi xəbərini paylaşıb və zarafatla özü də özünə evlənmək təklifi etdiyini, həmçinin “hə” cavabı aldığını qeyd edib.

Xatırladaq ki, aktrisa bu yaxınlarda verdiyi müsahibələrin birində instaqramda kişilərin ona lüt fotolarını göndərdiyini etiraf etmiş və onun bu açıqlaması söz-söhbətə səbəb olmuşdu.

“Əvvəl çox pis olurdum. Amma sonra ağlıma gözəl fikir gəldi: indi heç birini silmirəm. Onlardan ibarət sərgi açacağam. Kim olduqlarını nümayiş etdirəcəm. Kişi cinsi münasibətini nümayiş etdirməkdə bir problem görmürsə, qadın da ondan incəsənət düzəltməkdən çəkinməməlidir”, - deyib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm