Magazin2
Ebru Gündəşin Rza Zərrabdan ayrılmasının 10 SƏBƏBİ

Bir neçə gün əvvəl Ebru Gündəşlə Rza Zərrabın boşanma xəbəri maqazin gündəmində bomba effekti yaratdı.
Publika.az xəbər verir ki, Türkiyə mətbuatında müğənninin ərindən ayrılmasının 10 səbəbi verilib.
Ebru Gündəşin həyat yoldaşından boşanmasının 10 səbəbi
1. Əziyyətlərə dözə bilmədi
Ebru Gündəş son illərdə çəkdiyi əziyyətlərə tab gətirə bilməyib. 6, 5 illik evlilik həyatının ilk 3 ilini xoşbəxt olsa da, son 3 ilini göz yaşları içində keçirib. Müğənninin həyat yoldaşı həbs olunduqdan sonra mətbuatda haqqında mütəmadi olaraq xoş olmayan xəbərlər çıxır. Bütün bunlardan mənəvi cəhətdən çox yorulan ifaçı artıq bu yükü daşıya bilməyəcəyini anladı və son qərarını verdi...
2. Qızı Alarını düşünür
Rza Zərrabla Ebru Gündeşin 4 yaşında Alara adlı bir qızı var. Ulduz artıq qızına atası barədə çıxan xəbərlərin mənfi təsir etməsini istəmir...
3. Karyerasını düşünür
İllərdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, son illərdə əldə etdiyi nailiyyətlərə görə, ərinə borclu olduğu deyilirdi. Bu xəbərlərdən bezən ifaçı ərini deyil, karyerasını seçmək məcburiyyətində qaldı.
4. Rza Zərrabla evlilik yaradıcılığını da mənfi təsiri
Boşanma qərarından dərhal sonra “O Səs Türkiyə” musiqi yarışmasında münsif olmaqdan imtina etdi. Çünki bir müddət ictimaiyyət qarşısında görünmək istəmir. Əgər heç nə olmamış kimi verilişlərə çıxarsa, yaradıcılığını təhlükəyə atacağını anlayır...
5. Məhkəmə və polis idarələrdən bezdi
Müğənni 2013-cü ildə Yeni il gecəsini polis idarəsində keçirdi. Rza Zərrabdan elə həmin gecə boşanmaq istəsə də, qızı çox balaca olduğu üçün fikrindən vaz keçir. Rza Zərrab isə 70 gün sonra azadlığa buraxılır. mart ayında Mayamiyə səyahətə yollanan zaman ərinin ikinci dəfə həbs olunması müğənninin həyatını, arzularını ikinci dəfə alt-üst edir. Bu dəfə Rza Zərrabın azadlığa buraxılmaq şansı demək olar ki, yoxdur. Bu səbəbdən də müğənni ərinə dəstək olmaq istəmədi...
6. Etibarı, nüfuzu zədələndi...
Ebru Gündeş vaxtı ilə Rza Zərrabın dəstəyi ilə böyük salonlarında konsertlər verib, nüfuzunu artırıb. Lakin ərinin 190 gündür Amerikada məhbus həyatı sürməsi Ebru Gündeşin etibarını və nüfuzunu zədələyib. Konsertlərin sayı isə azalıb...
7. Hər gözəlin öz dövranı var
Son albomunda yer alan “Bir dövr bitti” mahnısında dediyi kimi, "Bir dövr bitdi qəbul edək ... Niyə bunu görməzlikdən gələk" ifadəsinə inanmağa başladı...
8. Rzanın həyat yoldaşı olaraq qalmaq istəmədi...
Rzaya heç kimin sahib çıxmadığını gördükdə ömrü boyu "Rzanın həyat yoldaşı" olaraq qalmaq və tək yaşamaqdansa, yenidən öz ayaqları üzərində dayanmağa qərar verdi...
9. İmicini qorumaq istədi
Onu bu uçurumdan ancaq mahnılarının xilas edəcəyini düşündü.
10. Pulun mənfi gücü
Ərinin ona aldığı bahalı hədiyyələrin, maşınların, malikanələrin onu xoşbəxt etmədiyini dərk etdi. Bir vaxtlar onu güclü edən pulun artıq mənfi təsir yaratdığını kəşf etdi. Bu səbəbdən də heç bir tələb və təzminat irəli sürmədən ayrılmağa qərar verdi.
Aytən

-
Sosial10:52
Orta məktblərdə təhsil müddəti iki il azaldıla bilər: Universitetlərdə isə...
-
Nida Xəbər 09:36
Ermənilər Vardanyana görə Trampın kürəkəninə ağız açdılar: Paşinyan rədd cavabı verdi
-
Sağlamlıq09:24
Bu tarixdə xərçəng ölümcül xəstəlik sayılmayacaq - Professor şad xəbəri çatdırdı
-
Hadisə08:55
Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat08:24
Bakının bu yollarında tıxac var - Siyahı
-
İKT07:35
İşdə süni intellektdən istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Sağlamlıq05:45
Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı
-
ABŞ03:47
Trampın süni intellektlə bağlı planları üzə çıxdı - 70 milyard dollar ayıracaq