• USD 1,7000 0,00% EUR 1,9389 +0,09%
    • GBP 2,1349 -0,11% RUB 0,0240 0,00%

Ərdoğanı bu aktyor oynayacaq – FOTO

  • Magazin2
  • 26 Sentyabr 2016 11:20
  • 2 797 Baxış
Ərdoğanı bu aktyor oynayacaq – FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla həyat yoldaşı Əminə Ərdoğan haqqında çəkilən "Oyanış" filminin ilk görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, 1960-cı ildə baş vermiş dövlət çevrilişi, 8-ci dövlət başçısı Turqut Özalın şübhəli ölümü, eləcə də 15 iyulda baş vermiş hərbi çevrilişə cəhd və Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi həyatından bəhs edən "Oyanış" adlı filmin çəkilişləri artıq başlayıb.

Filmdə üç lider - Adnan Menderes, Turqut Özal və Rəcəb Tayyib Ərdoğana bənzəyən aktyorlar tapmaq üçün çəkiliş heyəti bir neçə dəfə kastinq keçirib. Sonda qəhrəmanlara uyğun aktyorlar tapılıb. Turqut Özala Adəm Göçmen, Adnan Menderesə Murad Cumaoğlu seçilib. Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan rollarını isə Məhəmməd Erbe ilə Perihan Savaş canlandırıb. Yeri gəlmişkən, Məhəmməd Erbe ilə Perihan Savaşın Ərdoğan cütlüyünə bənzərliyi diqqət çəkib.

Prodüserliyini “Racon Media”nın, rejissorluğunu Əli Avcının etdiyi filmin çəkilişləri Adnan Menderesin ölüm ildönümündə - 17 sentyabrda başlayıb. Rejissor bildirib ki, yaxında tamaşaçıların ixtiyarına veriləcək filmin çəkilişlərində göz yaşlarını saxlaya bilməyib: “Filmdə həqiqi oyanışı əks etdirməyə çalışmışıq, Bu film illər sonra tarixə arxiv kimi düşəcək”.

Filmin büdcəsinə 1,5 milyon türk lirəsi ayrıldığı məlum olub.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR