37 yaşlı müğənnidən gözlənilməz QƏRAR - FOTOLAR
Bizi izləyin

Magazin2

37 yaşlı müğənnidən gözlənilməz QƏRAR - FOTOLAR

Türkiyəli müğənni Nez ötən həftə məşhur aktyor Eylem Server Ünüvar ilə nişanlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük jurnalistlərə verdiyi açıqlamada evlənəndən sonra İngiltərədə yaşayacaqlarını deyib. 37 yaşlı müğənni nişan üçün xüsusi mahnı bəstələdiyini də söyləyib.

“Eylem Server mənə çox qiymət verir, məni sevir. Mən də onu çox sevirəm. Ailəsini İngiltərədən gətirdi və mənə elçi gəldilər. Mən də ona duzlu qəhvə hazırladım. İçəndə üzünü görəydiniz! Toyumuzu noyabr ayına planlaşdırmışıq. Sonra bütün dostlarıma vida edəcəyəm, çünki İngiltərəyə gəlin gedirəm. Artıq orada yaşayacağam”, – deyə müğənni bildirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm