• USD 1,7000 0,00% EUR 2,0531 -0,63%
    • GBP 2,3751 +0,01% RUB 0,0229 0,00%

Putinin sevgilisi məşhur şouda - FOTOLAR

  • Magazin2
  • 1 Oktyabr 2016 11:45
  • 1 625 Baxış
Putinin sevgilisi məşhur şouda

Alina Kabayeva "Urqantlı axşam" proqramının qonağı olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, olimpiya çempionu, hazırda isə "Milli Media Qrupu" holdinqinin və "Sport-Ekspress" nəşriyyat evinin direktorlar şurasının sədri Alina Kabayeva 1-ci kanalın qonağı olub. Onun “Urqantlı axşam” verilişinə gəlişi səbəbi bu yaxınlarda "Sport-Ekspress" qəzetinin öz yubileyi şərəfinə təsis etdiyi “Ən yaxşı 25 yaşlı idmançılar”-ı mükafatının təqdimat mərasimi olub. Laureatların nəşrin oxucular seçib.

Putinin sevgilisi olduğu deyilən məşhur gimnast verilişdə Urqantın suallarını cavablandırıb, işləri və necə rəhbər olması haqqında danışıb.

“Mənə elə gəlir ki, sərt rəhbər deyiləm, amma kimisə üçün bəlkə də, hə. Bir idmançı kimi peşəkarlığı sevirəm. Bəzən sərtlik göstərmək olar”, - deyə etiraf edib.

Aparıcı Alina Kabayevadan karyerasına necə başlamasını, məşqçisi ilə İrina Viner-Usmanova ilə münasibətlərindan danışmasını istəyib. Çoxqatlı çempion təsdiq etdi ki, məşqçisinin qarşısında həmişə həyəcan keçirib və böyük məsuliyyət hiss edib. Və zarafatla onu da əlavə edib ki, bədii gimnastika müəlliməsindən indiyədək çəkinir: “Biz bir stol arxasında oturanda mən də çörəyə əl atanda diqqətlə ona baxırdım ki, buna görə məni danlamasın. Biz ondan qorxur, eyni zamanda hörmət edirdik çünki o, çox ciddi və sərt məşqçi idi. Əvəzində isə nəticələr yüksək olurdu. Amma zaldan çıxandan sonra o, sənin ən yaxşı dostun olur”.

15 qızıl medalçısı rusiyalı idmançıların Avropa çempionatı və Rio Olimpyadasında göstərdiyi nəticələr barədə də danışıb. O, bildirib ki, gələcəkdə bədii gimnastikanın mübahisəli növlərini siyahıdan çıxarıla və ya proqramların çətinlik səviyyəsini aşağı salına bilər. Çünki Rusiya gimnastları ilə rəqabət aparmaq çətindir: "Bədii gimnastikada bizə deyirlər ki, bəzi məsələlərdə güzəştə getmək lazımdır, çünki digər ölkələr çatdırmırlar. Bu idman növünün olimpiya proqramından kənarlaşdırılması ehtimalı məni çox narahat edir. Əgər qaydalar dəyişsə və cəmi doqquz element qalsa, onda gimnastlar sadəcə, rəqs etməklə kifayətlənəcək. Sözsüz ki, bu halda bədii gimnastika maraqsız olacaq. Və ya onu olimpiya proqramına daxil etməyəcəklər.

Məlumat üçün bildirək ki, Alina Kabayevanın Rusiya prezidenti Putinin sevgilisi olduğu deyilir, lakin hər ikisi bu məlumatı qəti şəkildə təkzib edir. Bundan başqa, Kabeyvanın bu yaxınlarda Moskva sarayında keçirilən tədbirə oğlu ilə gəldiyi iddia olunur. “Daily Mail”-in yazdığına görə, tribunada gimnastın yanında oturan oğlan uşağı hədsiz dərəcədə özünə bənzəyir. Qərb jurnalistləri hesab edirlər ki, idmançı oğlu ilə birlikdə tədbirə gəlib. Uşağın Vlasdimir Putindən olduğu güman olunur.

Алина Кабаева

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR