Magazin2
Boşanan Ancelina Coli 6 uşağını... - - FOTOLAR
Ancelina Coli altı uşağı üzərində tam qəyyumluq hüququ qazanıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müvəqqəti sazişə əsasən, baş həkimin iştirakı ilə uşaqların qəyyumluq hüququ aktrisaya verilib.
Ancelina Coli və Bred Pitt boşanmaları xəbəri elan olunduqdan bir həftə sonra müvəqqəti saziş imzalayıb. ABŞ Ailə və Uşaq Məsələləri üzrə Departamenti uzun sürən məhkəmə araşdırmalarının qarşısını almaq üçün cütlüyə saziş bağlamağı təklif edib. Saziş məhkəmənin qərarı qəbul edilənə qədər etibarlıdır.
Ailəyə yaxın olan mənbə TMZ telekanalına bildirib ki, Ancelina müqavilədə yazılan şərtlərlə razıdır: "O, xoşbəxtdir və aldıqları onu qane edir. İndi o, bütün diqqətini uşaqlara yönəldib və ailəsinin yaxşı olması üçün əlindən gələni əsirgəmir.
Ancelina Coli ilə Bred Pitt rəsmi qaydada boşanana qədər onların 6 uşağı: Meddoks, Paks, Zahara, Şeylo, Vivyen və Nioks aktrisada qalacaq. Bred isə uşaqları istədiyi vaxt görmək hüququna malikdir. Lakin uşaqlarla amansız rəftarda ittiham edilən aktyor birinci növbədə baş həkim nəzarətindən keçməlidir. Bundan başqa, valideynlər mütəmadi şəkildə fərdi psixoloq ilə məsləhətləşmədən keçməli olacaq.
Onu da qeyd edək ki, Bred Pittin alkoqol və narkotiklərdən istifadə edib-etmədiyinə dair analiz verib. Ekspertiza zamanı Bredin orqanizmində spirtli içki və ya hər hansı qadağan olunmuş preparatların izləri aşkar edilməyib.
Xatırladaq ki, bir həftə əvvəl Ancelina Coli ilə Bred Pitt boşanma ərizəsi verib. Boşanma prosesinin sənədlərində deyilir ki, cütlüyün ayrılmasına səbəb fikir ayrılığı və Pittin sərt rəftarı olub. Lakin sonradan məlum olub ki, Coli məhkəməyə müraciət edib və ərini öz uşaqları ilə amansız rəftarda ittiham edib. Amerika mətbuatının məlumatına görə, Pitt 15 yaşlı oğlu Meddoksu özəl təyyarə ilə Los-Ancelesə uçan zaman vurub.
Aytən
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ