Məşhur müğənni bütün GİZLİNLƏRİ AÇDI: “O, mənə necə uşaq doğacaq?”
Bizi izləyin

Magazin2

Məşhur müğənni bütün GİZLİNLƏRİ AÇDI: “O, mənə necə uşaq doğacaq?”

"Bütün gecəni bir qadının yanında qalanda..."

Türkiyəli müğənni Alişan boşanmış qadınla heç vaxt ailə qurmayacağını etiraf edib.

"Bütün gecəni bir qadının yanında qalanda..."

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib: “Əslində, 25-26 yaşında evlənməli, başqa evə çıxmalı idim. Əvvəllər bütün gecəni bir qadının yanında qalsam, onunla vaxt keçirsəm də, səhər mütləq anamın evinə qayıdırdım. Artıq şəxsi həyatım var, 40 yaşında heç olmasa, başqa evə köçə bildim. Ömrümdə ilk dəfə anamın evindən uzaqda qalıram”.

Alişan qadınlara qarşı sərt münasibətinin zamanla dəyişdiyini etiraf edib: “Əvvəllər kişilər qadının işləməsinə icazə vermirdi. Hətta qadınlar da sərt kişiləri xoşlayırdı. İndi dəyişmişəm, amma hələ də bəzi qaydalarım var. Məsələn, sevdiyim qadının geyiminə qarışıram, nə ilə məşğul olduğunu bilməliyəm, iş yerini görməliyəm".

"Çağla qüsursuz qadındır!"

Məşhur uzun illərdir dost olduğu və birlikdə veriliş apardığı Çağla Şikel haqqında da fikirlərini bölüşüb: “Çağla Şikel ilə “Cənnət məhəlləsi” serialında tanış olduq. Ondan əvvəl Çağla ilə tanışlığım yox idi. Çəkilişin ilk günündən dost olduq. Çağla çox xoş, gözəl qadındır. Türkiyə və Avropa gözəlidir! Qüsursuz qadındır, lakin mənim zövqümə xitab etmir! Bizim aramızda dostluqdan başqa əsla heç nə ola bilməz. Əslində, Çağla ilə xarakterimiz bir-birinə çox ziddir. Fikirlərimiz, zövqlərimiz, adətlərimiz bir-birindən fərqlidir. Bəlkə də buna görə yaxşı anlaşırıq. Çağla ilə mənim aramda böyük sirlər var, hansı ki, onu ölənə qədər gizlədəcəyik.

Çağlanın ayaqqabımı bağlamasının da bu qədər çox müzakirələrə səbəb olacağını heç düşünmədik! Verilişdən əvvəl ayaqqabımın bağı açıldı, Çağla da yardım məqsədi ilə “Dayan, mən bağlayım” dedi. Sonra isə həmin an çəkilmiş fotonu instaqramda paylaşdı və böyük səs-küy yaratdı. İkinci şəkli isə bilərək çəkdirdik. Onda mən Çağlanın paltarını ütülədim və şəkli instaqramda paylaşdım”.

Alişan ata olmaq arzusunu da dilə gətirib: “Uşaq istəyirəm. 40 yaşındayam, çox seçiciyəm. Heç nə hiss etmədən necə evlənim? Bu, qismət işidir! Bir gün sevə biləcəyim bir qız qarşıma çıxacaq və evlənəcəyəm. Dostlarım arasından biri ilə heç vaxt evlənmərəm. Əvvəllər boşanmış qadınla ailə qurmaq istəməsəm də, zamanla buna münasibətim dəyişib. Lakin uşağı olmamalıdır. Bir qadında ilk növbədə ayaqlara, əllərə və dişlərə baxıram. Gözəl ayaqlara pərəstiş edirəm. Evlənəcəyəm qadınla əylənməyi də bacarmalıyıq. Zövqlərimiz üst-üstə düşməlidir. Mənə bənzəyən, mənim kimi bir qadını gözləyirəm. Evlənəcəyim qızın müsəlman olması şərtdir. Xristian qıza aşiq olsam da, ondan birinci müsəlman olmasını istəyəm. Yaşlı böyük qadınla da evlənmərəm. Mənə necə uşaq doğacaq? Bundan başqa, kişi qadından bir az böyük olmalıdır”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm