Erməni müğənni Türkiyə haqqında mahnı yazdı
Bizi izləyin

Magazin2

Erməni müğənni Türkiyə haqqında mahnı yazdı

"Bunu qəbul etmək mümkün deyil".

Erməni əsilli türk vətəndaşı Ceri Hirimyan Fetullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul dövlət çevrilişi cəhdinə qarşı türk xalqının göstərdiyi mübarizəsi haqqında "Türkiyə" adlı himni yazıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni və rejissor Hirimyan 15 iyul gecəsində dövlət çevrilişi cəhdini öyrəndiyi zaman İstanbul Böyükşəhər Bələdiyyəsinin Saraçhane mərkəz xidmət binasına gedib. Orada günahsız insanların qətlə yetirilməsindən təsirləndiyi deyən rejissor mahnı yazmağa qərar verib. O, gecə gördüyü dəhşətdolu mənzərələri və vətəndaşların qəhrəmancasına mübarizəsini "Türkiyə” adlı himnində əks etdirib. Onun sözlərinə görə, sözlərini və musiqisini 2 günə yazdığı himni prezidentin çıxış etdiyi mərasimdə xor ilə birlikdə ifa etmək niyyətindədir.

Ceri Hirimyan onu da bildirib ki, mahnını yazmaqda əsas məqsədi xalqın birlik ruhunu yaşatmaqdır: “İnsanların yaşamaq haqlarını əlindən aldırlar. Bunu qəbul etmək mümkün deyil. Orada həyatlarını azadlıq uğurunda qurban verən insanlar onlara hücum edənlərə böyük dərs verdi. Məni təsirləndirən digər məqam prezidentimizin iradəli mövqeyi oldu".

“Türkiyə” adlı himinin sözləri belədir:

"Haykırır insanımız

Bu bizim vatanımız

Demokrasi içinse

Fedadır hayatımız

Şehitler bak nerede

Cennetin bahçesinde

Korkusuz kahramanlar

Destanlar yazdırdılar

Milyonlar işte nöbette

Bu güç milletimizde

Sen titre düşmansan

Karşında Türkiye”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm