Magazin2
Rejissor ABŞ-dakı seçki saxtakarlığını ifşa etdi
Kəskin siyası satira janrında sənədli film çəkən məşhur rejissor və siyasi aktivist Maykl Mur hər zaman lentə aldığı filmlərlə göz önündə olub.
Publika.az-ın xəbərinə görə, həmişə kapitalizmi, qloballaşmanı və neoliberalizmi pisləyən Mur çəkdiyi filmlərlə cəmiyyətin bu janra yanaşmasını dəyişdirə bilib.
O, 2003-cü ildə “Kolumbina üçün Boulinq” filminə görə “Oskar” mükafatına layiq görülür, 2004-cu ildə isə sənədli film tarixində ən çox qazanc gətirən “Farenqeyt 9/11” filminə görə Kann Kinofestivalında “Qızıl palma yarpağı” mükafatını alır.
“Farenqeyt 9/11” filmi isə onun yaradıcılığının ən uğurlu işi olub. Filmdə müəllif kiçik Corc Buşun fəaliyyətini tənqid edir, onun 2001-ci ilin 11 sentyabr hadisələrində birbaşa əlaqəsinin olduğundan danışır. Murun fikrinə görə, Buş 11 sentyabr vasitəsi ilə insanlarda terror qorxusu yaratmış və bundan istifadə edərək İraqla müharibəyə başlamışdı. Filmdə həm də, Buşun Usama ben Laden ilə dostluq əlaqələrindən danışılır.
Film təqdimata çıxan gündən qalmaqallarla müşahidə olunub. Buna baxmayaraq, hələ ilk gün Nyu-Yorkun iki kinoteatrında rekord məbləğ əldə olunub - 40 min dollar.
Vaşinqtonda premyera zamanı isə demokratik partiyanın milli komitəsinin sədri Terri Makoliff filmi izlədikdən sonra bu fikirləri deyib: “Murun Amerikanın Əfqanıstana niyə zorla girməsi ilə bağlı versiyalarına artıq mən də inanıram”.
Bu versiyaya görə, Buşun müharibə etməsi 11 sentyabra görə “Əl-Qaidə” ilə olan hesablaşması deyildi. Əsas səbəb Texas şirkəti “Unical”ın Əfqanıstan vasitəsi ilə Orta Asiyadan neft borusu çəkməsi idi. Düzdür, “Unical” hələ 1998-ci ildə bu ideyadan imtina eləyib. Bu fərziyyələr isə filmin geniş kütləyə çıxma şansını artırdı.
Bu tendensiyanı davam edən rejissor 2008-ci ildə gənclərin fikrini seçkilərə yönəltmək üçün “Avaraların üsyanı” adında film çəkir. Ancaq film digərləri kimi uğur qazanmır.
O, bu il ABŞ-da baş tutacaq seçkilərlə bağlı film çəkməsə də, seçkilərlə əlaqədar fikirlərini deməkdən çəkinməyib. Müsahibəsində açıq-aydın ABŞ xalqına “baş sağlığı” verib: “Mənim sizin üçün çox üzücü xəbərim var. Noyabr ayında Donald Tramp qazanacaq. Bu yazıq, cahil və təhlükəli təlxək sizin gələcək prezidentiniz olacaq. Prezident Tramp! Bu adı tez-tez təkrarlayın, çünki o, sizin gələcək 4 il ərzində prezidentiniz olacaq.
Bir çoxlarınız əmindir ki, amerikalılar axmağı prezident seçməyəcəklər. Siz gah ona hiddətlənirsiz, gah da onun dəli fikirlərinə gülürsüz. Daha sonra bütün dünyanın hörmət etdiyi, uşaqları sevən, ağıllı və Obamanın yolunu davam etdirə biləcək prezidentimiz xanım Klintonun çıxışını dinləyirsiniz. Amerikalılar, bunu istədiyinizi düşünürsünüz. Hə! Həm də düz 4 il!
Unudun bütün bunları. Əgər siz düşünürsünüz ki, Hillari Klinton öz ağlı və məntiqi nəticəsində Trampa qalib gələcək, siz səhvsiniz.
Çünki Amerikada hər şey tam tərsinə baş verir. İnsanlar səs vermək üçün evdən çıxıb, sırada durmalıdırlar. Əgər onlar kasıb, qaradərililərin yaşadığı rayonlarda yaşayırlarsa, onlar sırada çox duracaqlar, hətta onlara bülleteni qutuya salmağa da imkan verməyəcəklər. Elə buna görə də, seçkilərə gələnlərin sayı heç 50%-ə çatmır. Noyabr seçkilərinin də problemi elə budur. Ən dəli fanatlar kimdədir? Siz cavabı bilirsiniz. Və onlar səhər saat 5-dən duraraq, əlindən gələni edəcəklər ki, seçki günü hər Tom, Dik və Harri səs verməyə gəlsinlər.
Bax, təhlükə bundadır...”
Mələk Heydərova
-
Magazin105:15
Natiq Şirinovun oğlu təcili əməliyyat olundu - FOTO
-
Hadisə04:14
21 yaşlı Fərid ağır qəzanın qurbanı oldu
-
Dünya03:13
İraqda qızlar üçün "razılıq yaşı" 9-a ENDİRİLİR
-
İdman01:21
“Səbinə, Oqtayla evlənərsən?” - Baş məşqçi stadionda evlilik təklif etdi / FOTO
-
Nəqliyyat00:45
Rayondan Bakıya gələnlərə YENİ XƏBƏR: şəhərə giriş belə olacaq - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münasibətlər sürətlə pisləşəcək
-
Magazin19 Noyabr 22:36
Səidə Sultan tanınmaz halda - FOTO
-
Sosial9 Noyabr 22:24
Azərbaycanda tanınmış şair VƏFAT ETDİ - FOTO