Əmrahın qeyri-rəsmi nikahından doğulan oğlu atasını RƏZİL ETDİ - - FOTOLAR
Bizi izləyin

Magazin2

Əmrahın qeyri-rəsmi nikahından doğulan oğlu atasını RƏZİL ETDİ - - FOTOLAR

Əmrahın qeyri-rəsmi nikahından doğulan yaraşıqlı oğlu dilə gəldi!

Əmrahın qeyri-rəsmi nikahından dünyaya gələn 26 yaşlı oğlu atasının adını çəkməsə də, ona ünvanlanan status yazıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Tayfun Ərdoğan anası Ebru Çolak ilə şəklini sosial şəbəkədə paylaşıb və doğum günü münasibəti ilə təsirli status yazıb. O, statusunda atasının ona baxmamasına sətiraltı işarə vuraraq ulduzun səhvlərini göstərməyə çalışıb. Statusu olduğu kimi təqdim edirik:

“26 il əvvəl arzuolunmaz bir uşaq dünyaya gəldi. Daha bir yaşımızı haqladıq, bir yaş daha böyüdük, yetişdik. Həyatı öyrəndik. El arasında belə bir məsəl var: "Bu həyatda atana da güvənmə”. Bəli, bu həyat mənə çox şey öyrətdi. Fikirləşirəm ki, görəsən anam həyatımda olmasaydı, mən indi harada və necə olardım? Allahıma min şükürlər olsun ki, mənimlədir! Mənə mesaj yazan o qədər insan var ki, xəbərim olmadan biz bir ailə olmuşuq. Allah hamınızdan razı olsun, ad günümü təbrik edən hər kəsə çox təşəkkür edirəm".

Xatırladaq ki, Əmrah bu yaxınlarda Türkiyə mətbuatına müsahibə verib. O, müsahibəsində 2 yaşlı oğlu haqqında ağız dolusu danışmış, böyük oğlu haqqında isə bir kəlmə belə bildirməmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm