Azərbaycanlı müğənninin nəvəsi qızıl medal qazandı - - FOTO
Bizi izləyin

Magazin2

Azərbaycanlı müğənninin nəvəsi qızıl medal qazandı - - FOTO

Müğənni bildirib ki, nəvəsi İtaliyada qaydasız döyüş üzrə keçirilən yarışda birinci yeri tutub.

Xalq artisti, müğənni Nisə Qasımovanın nəvəsi qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat yayıb.

Müğənni bildirib ki, nəvəsi İtaliyada qaydasız döyüş üzrə keçirilən yarışda birinci yeri tutub:

“Nəvəm Pərviz birinci yeri tutub, qızıl medal qazanıb. Çox sevinirəm və onu təbrik edirəm. Bu sevinc ən böyük sevincdi. Allah övladlarımızı qorusun”.

Nisə Qasımova ailə qurmayıb, onun doğma övladı yoxdur. Müğənni açıqlamalarında qardaşının övladını saxladığını, ona nəvə dediyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm