Dünyanın ən cəlbedici kişisi - - FOTOLAR
Bizi izləyin

Magazin2

Dünyanın ən cəlbedici kişisi - - FOTOLAR

Amerikalı aktyor Dueyn Conson People jurnalına əsasən 2016-ci ilin ən seksual kişisi seçilib.

Publika.az-ın xəbərinə görə, fəxri ad aktyora bədəninin möhtəşəm fiziki formasına, yaraşıqlı olmasına və xoşagələn xasiyyətinə görə verilib.

Qeyd edək ki, Conson aktyor fəaliyyətinə 2001-ci ildə başlayıb. 2002-ci ildə isə artıq o, ilk baş rolunu ifa edib. “Xərçənglərin şahı” filmində baş rolda oynamasına görə 5,5 milyon dollar qonorar alıb. Bununla da o, “Ginnesin rekordlar kitabı”na ilk baş roluna görə ən çox qonorar alan aktyor kimi adını yazdırıb.

Bundan öncə “Forbes” jurnalı Dueyn Consonu 2016-cı ilin ən çox qazanan aktyoru adlandırıb. Onun illik qonorarı 64,5 milyon dollar təşkil edir.

Ən çox “Forsaj” filmi ilə məşhurluq qazanan aktyoru gələn il “Forsaj”ın 7-ci hissəsi, “Malibu xilaskarları” və “Cumanci” filmlərində görə biləcəyik.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm