Magazin2
Dünya şöhrətli ulduz: "Osmanlı nəvəsiyəm, türkəm!” - - FOTO
Dünya şöhrətli aktyor Hyu Cekman Osmanlı nəvəsi olduğunu və özünü türk hesab etdiyini deyib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “X- Men” filmləri sayəsində tanınan Hollivudun məşhur ulduzu Hyu Cekman verdiyi müsahibədə özü ilə bağlı çox önəmli bəyanatlar verib. Babasının köç etdiyi torpaqların Yunanıstan deyil, Osmanlı torpağı olduğunu deyən aktyor "Mən Osmanlı nəvəsiyəm və özümü türk hesab edirəm" deyib. Martda İstanbula gəlməyə hazırlaşan Hyu Cekmanın Türkiyə mətbuatna verdiyi müsahibəni təqdim edirik.
- Bu il Çanaqqala (Çanaqqala müharibəsi - Birinci dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə Antanta Dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşüdür) müharibəsinin 100-cü ili tamam olacaq. Bir avstraliyalı kimi bu müharibə sizə nə ifadə edir?
- Bu çox maraqlıdır, çünki o müharibə Avstraliya üçün dönüş nöqtəsi oldu. İngiltərənin koloniyası olmaqdan çıxıb ayrıca ölkə olmağa, böyüməyə və inkişaf etməyə başlayır. İngiltərəyə qarşı çıxır. Bu müharibənin axmaqlığı hər iki tərəfdən də çox sayda insanın həlak olmasıdır. Axı nə üçün? Hansı məqsəd üçün? O müharibə bizə öz qərarlarımızı özümüzün verməli olduğumuzu öyrətdi.
- O zaman Aznak günlərindən birinə gəlsəniz?
- Avstraliyada anım tədbirlərində çox iştirak etmişəm. Amma Türkiyəyə gəlmək mənim üçün başqa bir həyəcan olardı. Çünki o müharibədə türklərin rolu və dəstəyi böyük olub. Bu səbəbdən də gəlmək istəyirəm. Güman edirəm ki, 100-ci il olduğu üçün bu dəfə həmişəkindən izdihamlı olacaq.
- Babanızın Yunanıstandan köç etdiyi doğrudurmu?
- Hər yerdə elə yazır, amma bu,doğru deyil. İstəsən, buna Osmanlı deyək. Çünki atamla əmim babamın köç etdiyi o yerə gediblər. Oxuduqlarıma görə, bu gün Yunanıstanın olan həmin ərazilər o zamanlar Osmanlı İmperiyasına aid idi. Yəni, babam osmanlı olub. Bu sözümü Türkiyəyə gələcəyim üçün dediyimi düşünməyin, amma mən türkəm. Bəli, türk olduğumu əminliklə deyə bilərəm.
- İstanbulda sizi sevənləri nə gözləyir?
- Türkiyə üçün hazırladığım tamaşa əslində, çox şəxsidir. İçində həyatımda önəmi olan, yüksəlməmdə, karyerama təsiri olan sevdiyim mahnılar, videomateriallar, həyatımdan bəhs edən hekayələr, eləcə də daha əvvəlki şoularımdan hissələr olacaq. Hamısı tamamilə şəxsidir. Bunları Amerikadan başqa ölkədən bölüşə biləcəyim üçün çox həyəcanlıyam.
- Bu şou ilk dəfə İstanbulda göstərilcək?
- Kanadada buna bənzər bir şou göstərmişdim. İçində rəqs var, mahnı var, mənim üçün əhəmiyyətli, amma gülməli hekayələr də var.
Aytən
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”