Kseniya Sobçak ana oldu - - FOTO
Bizi izləyin

Magazin2

Kseniya Sobçak ana oldu - - FOTO

Rusiyalı aparıcı Kseniya Sobçak səhər saatlarında oğul anası olub.

Rusiyalı aparıcı Kseniya Sobçak səhər saatlarında oğul anası olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kseniya doğuş indi kifayət qədər rahat keçib və ana da, oğul hazırda özünü çox yaxşı hiss edir. Qeyd edək ki, 35 yaşlı aparıcı rusiyalı biznesmen Maksim Vitorqanla evlidir.

Moskvanın bahalı xəstəxanalarından birinə yerləşdirilən Sobçak ana olduqdan sonra "Bu gün ən xoşbəxt gündür. Mən gözəl bir oğlan anasıyam" deyə yazıb.

Məlumat üçün bildirək ki, teleaparıcı 5 noyabr 1981-ci ildə anadan olub. Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lyudmila Narusovanın qızıdır. Atası vəkil olan Anatoliy Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub.

Onu da qeyd edək ki, Kseniya Sobçak evlənməzdən əvvəl verdiyi açıqlamalarda uşaqları sevmədiyini və bu səbəbdən də ana olmaq niyyətində olmadığını bildirmişdi: “Ailə həyatı mənlik deyil, balaca uşaqları isə heç sevmirəm. Əgər sənin normal həyatın varsa, təhsil, pul və bütün imkanları da əldə edirsən. O halda sən öz həyatını uşaq əskilərinə, borşa və ev qayğılarına sərf etməməlisən”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm