Ötən ilin ən uğurlu və uğursuz filmləri - FOTO
Bizi izləyin

Magazin2

Ötən ilin ən uğurlu və uğursuz filmləri - FOTO

Dünyaca məşhur Amerika jurnalı “Forbes” 2016-cı ilin ən çox qazanan və qazandıran aktyorlarının adını açıqlayıb.

Publika.az-ın xəbərinə görə, siyahıda ilk yeri gözlənildiyi kimi tanınmış aktyor Kris Evans tutub. Onun qonorarına xərclənən hər bir dollara görə filmin yaradıcıları 135,8 dollar qazanıb. Aktyor “Qisasçı”, “İlk qisasçı”, “İlk qisasçı: başqa müharibə” və “İlk qisasçı: qarşıdurma” filmlərində oynadığı Amerika kapitanı obrazı ilə məşhurlaşıb.

“Forbes”in ən çox qazanan aktyor və aktrisa siyahısının yuxarı pillələrində Kris Patt, Skarlett Yoxonsson, Mila Kunis, Vin Dizel, Cenifer Eniston, Ben Afflek, Mett Deymon və Cenifer Lourens kimi Hollivud ulduzları yer alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl, dekabrın 7-i Forbes jurnalı başqa maraqlı siyahı təqdim edib. Siyahıda həddindən artıq qiymətləndirilən aktyorlar yer alıb və birinci yerdə Conni Depp qərarlaşıb. Belə ki, onun qonorarın hər dolları filmin yaradıcılarına cəmi 2,8 dollar qazandıra bilib.

Bundan başqa “Forbes” ən uğursuz filmlərin siyahısını da açıqlayıb. Birinci yeri rejissor Stüart Hendlerin “Maks Stil” filmi tutub. 11 milyon büdcəli film prokat üsulu ilə cəmi 4,4 milyon dollar yığa bilib.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm