Star TV “Kara Sevda”nın yayımını dayandırdı
Bizi izləyin

Magazin2

Star TV “Kara Sevda”nın yayımını dayandırdı

Star TV “Kara Sevda”nın yayımını dayandırdı

Türkiyənin “Star TV” kanalı Azərbaycanda da maraqla izlənən "Kara sevda" serialının yayımını dayandırmaq fikrindədir.

Publika.az xəbər verir ki, bu barədə məlumatı serialın baş rol ifaçısı Neslihan Atagül rəsmi feysbuk hesabında verib. O, serialın bitməməsi üçün izləyicilərindən dəstək istəyib:

"Star TV yeni seriallarına yer açmaq üçün "Kara sevda"nın yayımını dayandırmaq niyyətindədir. Əgər serialın yayımının dayandırılmasını istəmirsinizsə, bu postu bəyənin. Gəlin onlara gücümüzü göstərək".

Qeyd edək ki, bir neçə gün əvvəl də ekran işinin final etməsi ilə bağlı məlumat yayılmışdı. "Ay yapım" isə açıqlamasında xəbərlərin əsasız olduğunu qeyd etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm