Azərbaycanlılar daha Türkiyədə evlilik verilişlərinə QATILA BİLMƏYƏCƏKLƏR - ŞOK QƏRAR
Bizi izləyin

Magazin2

Azərbaycanlılar daha Türkiyədə evlilik verilişlərinə QATILA BİLMƏYƏCƏKLƏR - ŞOK QƏRAR

Azərbaycanlıların qatıldığı evlilik verilişi BARƏDƏ ŞOK QƏRAR

Türkiyə Diyanət Vəqfi Cümə xütbəsində evlilik proqramlarını tənqid edəcək.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ruhani idarəsi qalmaqalları ilə gündəmdən düşməyən evlilik proqramlarını müzakirəyə çıxaracaq. Bunun üçün Diyanət Vəqfi sabahdan etibarən bütün məscidlərdə oxunacaq cümə xütbəsində nikah məsələlərini geniş müzakirəyə çıxarılmasına qərar verib.

Ruhani idarəsi Türkiyə mətbuatına ünvanlandığı açıqlamada bunları yazıb: “Ailə ocağının təməli sədaqətə əsaslanır. Ailə olmaq yaxşı gündə, pis gündə, varlıqda və yoxsulluqda həyat yoldaşların bir-birinə sadiq qalmalarını, bir-birinin haqq və hüququna sahib çıxmalarını tələb edir. Ailənin əsasında əmanətə sahib olmaq dayanır. Çünki ərlə-arvad bir-birinə Allahın əmanətidir. Onlar nikahda bir-birilərinə söz verərkən əslində əmanəti qoruyacaqlarına dair Allaha söz verir. Həyat yoldaşının könlünü incitməyəcəyini, heysiyyətinə xələl gətirməyəcəyini, Allahın əmanətinə heç vaxt xəyanət etməyəcəyinə söz verirlər!

Təəssüf ki, ailə qurumunun günümüzdə bir çox təhlükələrə məruz qaldığı danılmaz həqiqətdir. Xüsusilə bəzi verilişlərinin ailə dəyərlərini pozması və vətəndaş nikahlarını dəbə gətirməsi ilə ailə anlayışına və həyatımızda böyük dağıntılara yol açır. “Evlilik” adı altında keçirilən bəzi proqramlarda ailəyə qarşı dəyərlər istismar edilərək və ayaqlar altına alınaraq məhv edilir. Digər tərəfdən xəyanət, aldatma, zorakılıq kimi səbəblərə görə işlənən cinayətlərin, məhv olan həyatların, dağılan yuvaların, tükənən ümidlərin sayı durmadan artır. Ən kədərlisi isə odur ki, bu mənfi hallardan xüsusilə qadınlar və günahsız uşaqlar əziyyət çəkir. Məsələn, 2015-ci ildə ölkəmizdə 602 min 982 cütlük evlənib, 131 min 830 cütlük boşanıb. Bu boşanmalar nəticəsində 109 min 978 uşaq ana şəfqətindən və ata qayğısından məhrum edilib. Din adamları üçün bu saylar qorxunc rəqəmlərdir. Odur ki, gəlin Rəbbin böyük neməti olan əmin-amanlıq və məhəbbət ocağı sayılan ailəmizə sahib çıxaq".

Qeyd edək ki, belə bir qərarın verilməsinin səbəbi Türkiyə KİV-lərində bu cür verilişlər dəfələrlə tənqid olunması, verilişlərin bağlanması üçün çoxsaylı kompaniyalar keçirilməsinə baxmayaraq heç bir nəticənin əldə olumamasıdırr. Şikayətlərdə izdivac verilişlərinin gənclərin psixologiyasına mənfi təsir etdiyi, heç bir əxlaqi dəyərlərə cavab vermədiyi qeyd edilib.

Məlumat üçün bildirək ki, Türkiyənin bir çox evlilik verişlərində baş verənlər ssenari əsasında qurulur. Namizədlər isə yüksək qonorar müqabilində verilişdə hər cür rola girməyə razı olur. Verilişlərə qatılan çoxsaylı azərbaycanlı gənclər də pul və məşhurluq naminə hər oyundan çıxmağa razı olur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm